BAKI, 15 apr — Sputnik. Əfqanıstanın cənubunda törədilən partlayış nəticəsində 11 nəfər ölüb.
Hadisə Gilmənd əyalətində qeydə alınıb.
Məlumata əsasən, dinc sakinləri daşıyan mikroavtobus minaya düşüb.
Hadisəyə görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, “Taliban” silahlı qruplaşmasının partlayışda əli olduğu ehtimal edilir.