Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Tələbələrə şəkər xəstəliyindən danışıldı

© Sputnik / Rahim MuradovSağlam həyat tərzi ilə bağlı təlim
Sağlam həyat tərzi ilə bağlı təlim - Sputnik Azərbaycan
Abunə olmaq
Astarada “Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilir” adlı təlim keçirilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 apr – Sputnik. Şəkərli diabet xəstəliyi dövrümüzün ən böyük problemlərindən biridir. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Statistikaya əsasən, hər il yer dünyada vəfat edən insanların 5%-i şəkər diabeti xəstəliyi səbəbindən dünyasını dəyişənlərdir. Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən insanların sayı artır.

© Sputnik / Rahim MuradovAstara Rayon Pedoqoji Kollecində tələbələr üçün sağlam həyat tərzi ilə bağlı təlim
Astara Rayon Pedoqoji Kollecində tələbələr üçün sağlam həyat tərzi ilə bağlı təlim - Sputnik Azərbaycan
Astara Rayon Pedoqoji Kollecində tələbələr üçün sağlam həyat tərzi ilə bağlı təlim

Aprelin 14-də Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Şəkər xəstəliyə yox, həyat tərzinə çevrilib” layihəsi çərçivəsində Aysel Cahangirovanın təqdimatında Astara Rayon Pedoqoji Kollecində tələbələr qarşısında şəkər xəstəliyinin yaranma və profilaktikası, simptomları və müalicəsi, düzgün qidalanma və sağlam həyat tərzi ilə bağlı təlim keçirilib. 

Təlim iştirakçılarına şəkər xəstəliyindən əziyyət çəkən bir qızın həyatından bəhs edən “Mənim bir günüm” adlı qısametrajlı film nümayiş etdirilib. Tədbirdə şəkərli diabet xəstlərinə dövlət qayğısının göstərilməsi və onların daim diqqət mərkəzində saxlanılması barədə ətraflı məlumat verilib. Tələbələr Azərbaycan Respublikası prezidentinin 2004-cü il 12 fevral tarixli 32 saylı fərmanının 2.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “2016-20 ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumatlandırılıb.

Xəbər lenti
0