CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda zəlzələ olmayıb, bəs bu nə mənzərədir?

© Sputnik / Irade JELILŞamaxı şəhərinin girişi, arxiv şəkli
Şamaxı şəhərinin girişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı şəhər üzrə icra nümayəndəliliyi problemə qəribə izah verir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 15 apr — Sputnik. Şamaxı şəhərinin ərazisində vaxtilə 20-ə yaxın avtobus dayanacağı olub. Burada "vaxtilə" sözünü təsadüfən işlətmirik. Çünki hazırda həmin dayanacaqların yerindəki qalıqları "dayanacaq" adlandırmağa dilimiz gəlmir.

© Sputnik / Ilham MustafayevSındırılmış avtobus dayanacağı
Sındırılmış avtobus dayanacağı - Sputnik Azərbaycan
Sındırılmış avtobus dayanacağı

Şəhərdaxili ictimai nəqliyyatdan istifadə edən sərnişinlər dayanacaq üzünə həsrət qalıblar. Çünki Şamaxının mərkəzi küçələrindəki dayanacaqların vəziyyəti heç də ürəkaçan deyil.

Soyuq, yağıntılı havalarda avtobus, taksi gözləyən sakinlər daldalanmağa yer tapa bilmirlər. Dörd tərəfi dağılmış yarımdayanacaqlar onları yağışdan, küləkdən qorumaq iqtidarında deyil.

Oturacaqların vəziyyətindən isə danışmaq ümumiyyətlə yersizdir. Çünki "Nuh əyyamı"ndan qalma təsiri bağışlayan Şamaxı dayanacaqlarında, faktiki olacaq oturacaqlar yoxdur.

© Sputnik / Ilham MustafayevŞamaxıdakı avtobus dayanacağının vəziyyəti
Şamaxıdakı avtobus dayanacağının vəziyyəti - Sputnik Azərbaycan
Şamaxıdakı avtobus dayanacağının vəziyyəti

Digər bir problem alayarımçıq dayanacaqların zibilliyə çevrilməsi ilə bağlıdır. Burada isti vaxtlarda ağcaqanad əlindən tərpənmək mümkün deyil.

Dayanacaqların mövcud vəziyyəti ilə bağlı müraciət etdiyimiz Şamaxı Rayon İcra Hakimiyyətinin Şamaxı şəhər üzrə icra nümayəndəliliyindən problemin səbəbini sakinlərdə axtarmağımızı məsləhət gördülər. Belə ki, icra nümayəndəliyi şəhər sakinlərinin davranışlarından şikayətçidir.

"Şəhər ərazisindəki dayanacaqlar hər 6 aydan bir təmir olunur. Bizdə olan məlumatlara görə, axşamlar dayanacaqlara qənim kəsilən xüsusi insanlar var" — deyə icra nümayəndəliyindən bildirdilər.

Xəbər lenti
0