BAKI, 15 apr — Sputnik. Həmyerlilərimiz Belarusda “Karmen” tamaşasının səhnələşdirilməsində iştirak edəcəklər.
Azərbaycan Dövlət Akademik Opera teatrının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Dövlət Akademik Opera teatrının və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı ilə mədəni əməkdaşlıq əlaqələri haqqında bağlanmış memorandum çərçivəsində aprelin 18-də teatrın solisti, respublikanın xalq artisti Fidan Hacıyeva və gənc dirijor — əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev Minskə qastrol səfərinə yollanacaqlar.
Minskdə aprelin 20-də baş tutacaq Jorj Bizenin "Karmen" operasının tamaşasında Fidan Hacıyeva baş rolda — Karmen rolunda çıxış edəcək, Əyyub Quliyev isə tamaşanı idarə edəcək.