BAKI, 15 apr — Sputnik. "Bəzi şəxslər dinin adından istifadə edərək "Hacı Cavad" məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər".
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, gərginlik yaratmaq istəyənlərin həmin məscid və məhəllə ilə heç bir əlaqəsi olmayıb: "Prezident məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev həzrətləri dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək."
"Prezident biz dindarlara verdiyi sözə həmişə əməl edib" — deyə Paşazadə bildirib.