BAKI, 14 apr – Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının baş katibi vəzifəsinə Ermənistanın nümayəndəsi Yuri Xaçaturov seçilib.
Sputnik Qırğızıstan xəbər verir ki, bu barədə təşkilatın baş katibi vəzifəsini müvəqqəti icra edən Valeri Semerikov məlumat verib.
Müvafiq qərar KTMT-yə üzv olan dövlətlərin başçılarının Bişkekdəki iclasında qəbul olunub.
Yuri Xaçaturov səlahiyyətlərinin icrasına 2017-ci il mayın 2-də başlayacaq.