BAKI, 14 apr — Sputnik. Türkiyənin Van vilayətinin Çatak rayonun partlayş baş verib.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, nəticədə bir hərbçi və bir kənd qoruyucusu şəhid olub, yaralananlar var.
Hadisə PKK terrorçularının yoldakı barmaqlığa yerləşdirdikləri əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Terrorçuların zərərsizləşdirilməsi üçün havadan da dəstək verilməklə bölgədə əməliyyat başlayıb.