BAKI, 14 apr — Sputnik. ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini bərpa ediblər.
Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.
Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. “Artıq bərpa olunub” — deyə Toner cavabında bildirib.
ABŞ-ın aprelin 7-də Suriya aviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı təhlükəsizlik memorandumunu dayandırmışdı.