BAKI, 14 apr — Sputnik. İranın hazırkı prezidenti Həsən Ruhani qarşıdakı prezident seçkilərində iştirak etmək üçün namizədliyini təsdiqlədib.
APA-nın verdiyi məlumata görə, namizədlərin qeydiyyatı aprelin 10-da Xarici İşlər Nazirliyindəki qərargahda aparılır. Qeydiyyat 5 gün davam edəcək. Aprelin 16-da isə Konstitusiya Nəzarət Şurası qeydə alınmış namizədlərin sənədlərinə baxacaq və namizədlərin yekun siyahısı aprelin 26-27-də Daxili İşlər Nazirliyi tərəfindən elan olunacaq.
İranda 12-ci prezident seçkiləri mayın 19-da keçiriləcək.