BAKI, 14 apr — Sputnik. İranda prezident Həsən Ruhaninin əsas rəqiblərindən sayılan İbrahim Rəisinin prezidentliyə namizədliyi qeydə alınıb.
APA-nın məlumatına görə, İ. Rəisi bildirib ki, ən böyük hədəfi xalqın yaşayış səviyyəsini yaxşılaşdırmaq və işsizliyi aradan qaldırmaqdır.
“Məhz bu önəmli iş üçün seçkilərdə iştirak edirəm” — deyə o vurğulayıb.
İranın yürütdüyü xarici siyasətə gəldikdə isə İ. Rəisi qeyd edib ki, formalaşdıracağı hökumət İsrail istisna olmaqla, bütün ölkələrlə yaxşı münasibətlər quracaq: “Dünya ölkələri ilə konstruktiv əməkdaşlıq etmək istəyirəm. Suriya ilə bağlı məsələyə gəlincə, düşünürəm ki, ölkənin taleyini Suriya xalqı həll etməlidir”.