BAKI, 14 apr – Sputnik. Baxacağınız görüntülər Türkiyənin Balıkəsir şəhərində lentə alınıb. Dərman pulu verə bilmədiyi üçün həyat yoldaşına qəzəblənən qadın, onu elə küçənin ortasındaca döyməyə başlayıb. O anları yaşadığı eyvandan çəkən qonşusu daha sonra videonu internetdə paylaşıb.
Hirsi soyumayan qadın, son olaraq mağazanın kənarındakı süpürgəni əlinə alaraq ərinin üzərinə cumub. Sputnik Azərbaycan “Milliyet”ə istinadən həmin videonu təqdim edir: