BAKI, 14 apr — Sputnik. Tovuz rayonunda axşam saatlarından etibarən əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.
"Report"un məlumatına görə, nəticədə rayonun bəzi kəndlərində, xüsusilə də, Alakol kəndində bir neçə evin dam örtüyü qismən dağılıb, elektirik enerjisinin verilməsində fasilə yaranıb.
Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda enerjinin verilişi bərpa edilib.
Eyni zamanda, Daşkəsən şəhərində də enerjinin verilişində fasilələr yaranıb. Ümumilikdə isə Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən rayonlarında və Gəncə şəhərində küləkli hava müşahidə olunmaqdadır.