BAKI, 14 apr — Sputnik. İŞİD terror qruplaşması ABŞ-ın ötən gün Əfqanıstanda istifadə etdiyi ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib.
APA-nın verdiyi xəbərə görə, qruplaşmanın bəyanatına əsasən, zərbə nəticəsində silahlılardan nə ölən, nə də yaralanan olmayıb.
ABŞ ötən gün döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. Ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.
Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub.
Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb.