BAKI, 14 apr — Sputnik. İranda prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatıb.
AZƏRTAC-ın xəbərinə görə, İran İslam Respublikası Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Onlardan 21-i qadındır.
İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq.
Seçkilər mayın 19-da keçiriləcək.