BAKI, 14 apr — Sputnik. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. Sputnik Azərbaycan xəbər verir ki, bu məsələyə Milli Məclisin hazırda davam edən plenar iclasında baxılacaq.
Bu, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə edilir. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Vüsal Hüseynovun seçilməsi gözlənilir.