BAKI, 14 apr — Sputnik. Bakının Pirallahı rayonunda yerləşən "Cırtdan" körpələr evində yanğın baş verib.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı körpələr evinin otaqlarında olan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas edilib.
Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən tələfat olmayıb.