Azər Rəşidoğlu: “Türkiyənin bu məsələdə hansı mövqe sərgiləyəcəyi maraqlıdır”
ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya səfər edib. Səfər zamanı Tillerson Rusiya prezidenti Vladimir Putin və bu ölkənin XİN rəhbəri Sergey Lavrovla müxtəlif mövzularda danışıqlar aparıb.
Siyasi şərhçi, “Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu deyir ki, bu görüşün ABŞ və Rusiya arasındakı gərginliyi azaldacağını düşünmür: “Məsələ ondadır ki, Suriya məsələsində tərəflərin maraqları toqquşur. ABŞ-ın Suriyada atdığı son addımlar münasibətləri daha da gərginləşdirdi. Digər tərəfdən, Şimali Koreya məsələsində də ABŞ-ın ora hansısa formada hərbi müdaxiləsi gözlənilir”.
“Tərəflərin həll edə bilmədiyi münaqişələr mövcuddur. Bu baxımdan Moskva və Vaşinqton arasındakı buzların əriyəcəyini ehtimal etmək hələ tezdir” – deyə o bildirib.