Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC iclasa hazırlaşır: neft bazarı ilə bağlı qərar verəcək

© REUTERS / Ramzi BoudinaЭмблема лого на неформальной встрече стран-членов ОПЕК в Алжире
Эмблема лого на неформальной встрече стран-членов ОПЕК  в Алжире - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Əliyev: "İlin ikinci yarısı üçün neft bazarının inkişaf istiqaməti OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək"

BAKI, 13 apr — Sputnik. Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə keçirdiyi görüşdə dünya neft bazarında qiymət sabitliyinə nail olmaq məqsədilə atılacaq növbəti addımları müzakirə edib.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, N. Əliyev OPEC və kartelə üzv olmayan ölkələrin hasilatın azaldılması ilə bağlı birgə qərarının işlək olduğunu və bazara müsbət təsir etdiyini bildirib.

"Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu Monitorinq Komitəsinin təhlillər əsasında hazırlanmış hesabatına nəzərən müəyyənləşəcək. İlin ikinci yarısı üçün neft bazarının inkişaf istiqaməti OPEC-in may ayında keçiriləcək iclasında dəqiqləşəcək" — deyə nazir əlavə edib.

Xəbər lenti
0