Türkiyədən Avropaya son təklif

© Sputnik / Murad OrujovTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: “Avropa İttifaqı müzakirələrin aparılmadığı çoxlu sayda ölkə ilə vizaları ləğv etdi”

BAKI, 13 apr – Sputnik. “Vizaların ləğvi məsələsi ilə bağlı apreldəki referendumdan sonra Avropa İttifaqına son təklifimizi edəcəyik”.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. 

“Avropa İttifaqı ilə üç turdan ibarət müzakirələr aparmışıq. 16 apreldən sonra qaldığımız yerdən davam edəcəyik. Türkiyə Avropa İttifaqı ilə müzakirə aparan bir ölkədir. Avropa İttifaqı müzakirələrin aparılmadığı çoxlu sayda ölkə ilə vizaları ləğv etdi. Bizim millətin belə bir haqqı çoxdan var” – nazir bildirib.

Xəbər lenti
0