BAKI, 13 apr — Sputnik. Səbail rayonunda istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib. O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.