CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlanlar orta məktəbə daraşıb: 130 şagirdin həyatı təhlükədə

© Sputnik / Valery Melnikov / Mediabanka keçidİlan
İlan - Sputnik Azərbaycan
Abunə olmaq
Direktor: "Həm şagirdlər, həm də müəllimlər təhlükə qarşısındadırlar. Rəsmi qurumlardan kömək gözləyirik"

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 13 apr — Sputnik. Qəbələ rayonunun Mamaylı kənd məktəbində 130-a qədər şagird təhsil alır, 10 sinif fəaliyyət göstərir. Həmin 130 şagird isə qorxu altında təhsil alırlar. Belə ki, məktəblilər hər an pəncərədən, bacalardan düşən, döşəmə taxtalarının arasından sivişib çıxan zəhərli ilanlarla qarşılaşmaq təhlükəsi ilə üz-üzədirlər.

Məktəbin yanındakı, 1990-cı illərdən qalmış yarımçıq tikili hazırda ilanların məskəninə çevrilib. Tavanları bitişik olan binalardan hər gün ilanlar siniflərə daxil olur, məktəb divarlarından sallanırlar.

Bu problem üzündən sinif otaqlarının pəncərəsini açıb, havanı dəyişmək müşkülə çevrilib. Xüsusilə isti aylarda, nə qədər qızmar günlər olur olsun, pəncərələri açmaq qadağandır.

© Sputnik / Ilham AhmadovQəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar - Sputnik Azərbaycan
1/6
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
© Sputnik / Ilham AhmadovQəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar - Sputnik Azərbaycan
2/6
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
© Sputnik / Ilham AhmadovQəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar - Sputnik Azərbaycan
3/6
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
© Sputnik / Ilham AhmadovQəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar - Sputnik Azərbaycan
4/6
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
© Sputnik / Ilham AhmadovQəbələnin Mamaylı kənd məktəbinin sinif otağı
Qəbələnin Mamaylı kənd məktəbinin sinif otağı - Sputnik Azərbaycan
5/6
Qəbələnin Mamaylı kənd məktəbinin sinif otağı
© Sputnik / Ilham AhmadovQəbələnin Mamaylı kənd məktəbi
Qəbələnin Mamaylı kənd məktəbi - Sputnik Azərbaycan
6/6
Qəbələnin Mamaylı kənd məktəbi
1/6
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
2/6
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
3/6
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
4/6
Qəbələnin Mamaylı kənd məktəbi ərazisindəki ilanlar
5/6
Qəbələnin Mamaylı kənd məktəbinin sinif otağı
6/6
Qəbələnin Mamaylı kənd məktəbi

Məktəbin direktoru Ramazan Ədilov Sputnik Azərbaycan-a açıqlamasında faktın gerçəkliyini təsdiq etdi. O bildirdi ki, ilanların çoxalmasının səbəbi, məktəbin 1990-ci illərdən qalmış yarımçıq tikilidə yerləşməsi ilə bağlıdır.

"Burada ilanların sayı xeyli artıb. Həm şagirdlər, həm də müəllimlər təhlükə qarşısındadırlar. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik, oradan gəlib ərazini dərmanladılar. Amma vəziyyət dəyişmədi" — R. Ədilov deyib.

Onun sözlərinə görə, ilanları yox etmək üçün bina ya sökülməli, ya da əsaslı təmir olunmalıdır: "Hələlik ilan sancması faktı olmasa da, ancaq hər an təhlükə ilə üz-üzəyik. Binanı vaxtilə kolxozun tikinti təşkilatı tikib. İndi həmin müəssisə yoxdur. Odur ki, aidiyyəti təşkilatlardan kömək istəyirik".

Xəbər lenti
0