BAKI, 13 apr — Sputnik. Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib. Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da yaxından tanış olub.
© Foto: mod.gov.azTürkiyə HDQ-nin nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub
Türkiyə HDQ-nin nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub