BAKI, 12 apr — Sputnik. ABŞ və onun tərəfdaşları Suriyada uçuşsuz və təhlükəsiz zonaların yaradılması imkanını nəzərdən keçirir. Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.
“Bu və digər məsələləri tərəfdaşlarımızla daim nəzərdən keçiririk” — deyə Mettis Suriyada uçuşsuz zonaların yaradılmasına dair sualına cavabında bildirib.