"Turizm cənnəti" turistlər üçün cəlbediciliyini itirir

© pixabay / pkh470Город Берн, фото из архива
Город Берн, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya İqtisadi Forumu İspaniyanı dünyanın turistlər üçün ən cəlbedici ölkəsi kimi qiymətləndirib

BAKI, 12 apr — Sputnik. Ümumdünya İqtisadi Forumu dünyanın turistlər üçün ən cəlbedici ölkələrinin 2017-ci il üçün reytinq cədvəlini açıqlayıb.

“Report” xəbər verir ki, reytinqin hazırlandığı 2007-ci ildən 2015-ci ilə qədər siyahıda 1-ci yeri, 2016-cı ildə isə 6-cı yeri tutmuş tutan İsveçrə bu il 10-cu yerdə qərarlaşıb. 

Baxmayaraq ki, bu ölkə qanunvericiliyi, biznes mühiti, infrastrukturu, mədəni, təbii və insan resursları ilə hələ də turistlərin diqqət mərkəzindədir. Əvəzində turistlər üçün ən cəlbedici ölkə kimi İspaniyanın adı qeyd olunub.

Siyahıda ilk 5-likdə İspaniya ilə yanaşı, ardıcıl olaraq Fransa, Almaniya, Yaponiya və Böyük Britaniya qərarlaşıb. 6-cı yeri ABŞ, 7-ci yeri Avstraliya, 8-ci yeri İtaliya, 9-cu yeri isə Kanada tutub. 

Xəbər lenti
0