ABŞ-a son xəbərdarlıq: "Əgər bir daha Suriyaya bomba atsanız..."

© Photo : Ford Williams/Courtesy U.S. Navy/Handout via REUTERSABŞ-ın Suriyaya hava hücumu
ABŞ-ın Suriyaya hava hücumu - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər amerikalılar yenidən bu cür davransalar, qarşılığı ağır olacaq"

BAKI, 12 apr — Sputnik. "ABŞ Suriyaya yenidən zərbələr endirsə, mütləq cavabını alacaq. Qarşılığı çox ağır olacaq". Sputnik Azərbaycan "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonda danışarkən deyib.

"Amerikanın Suriya rejiminə aid hərbi hava bazasını vurması beynəlxalq qanunlara ziddir. Əgər amerikalılar yenidən bu cür davransalar, qarşılığı ağır olacaq. Onlar bilməlidirlər ki, hücumları cavabsız qalmayacaq" — iranlı nazir bildirib.

Xatırladaq ki, ötən həftə Bəşər Əsədə bağlı hərbi aviasiyanın İdlib vilayətinə kimyəvi silahlarla hücumundan sonra Birləşmiş Ştatlar Suriya rejiminə aid hərbi hava bazasına 59 ədəd "Tomehavk" raketi atmışdı. Daha sonra əməliyyatla bağlı ətraflı açıqlama verən Pentaqon, hücum zamanı Suriya rejiminə aid döyüş təyyarələrinin 20%-ni məhv etdiklərini bildirib.

Xəbər lenti
0