BAKI, 12 apr – Sputnik. İranın sabiq dövlət başçısı Mahmud Əhmədinejad may ayında keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb. Sputnik xəbər verir ki, mayın 19-da keçirilməsi planlaşdırılan seçkilərdə iştirak üçün namizədliyi aprelin 17-dək irəli sürmək olar.
Qeyd edək ki, ölkənin ali dini lideri Ayətullah Xameyni Mahmud Əhmədinejadın təkrar namizəd olmaması üçün ona məktub ünvanlamışdı.