BAKI, 12 apr — Sputnik. Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları arasında dolların alış və satış qiymətlərinin artması müşahidə olunur. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış məzənnəsi 1.6450 manat, ən sərfəli satış məzənnəsi isə 1.6500 manat təşkil edir.
Belə ki, "Günaybank" dünən axşam saatlarında ABŞ valyutasını 1.6340 manata alıb 1.6500 manata satırdı, indi isə bu göstəricilər müvafiq olaraq 1.6400 və 1.6650 manata bərabərdir.
"Yapı Kredi Bank Azərbaycan" dolların alış qiymətini 1 qəpik, satış qiymətini 1,5 qəpik bahalaşdırıb: Alış — 1.6200 manatdan 1.6300 manatadək; satış — 1.6600 manatdan 1.6750 manatadək yüksəlib.
"Bank Avrasiya" isə əksinə, dolların alış qiymətini cuzi ucuzlaşdırıb: 1.6450 manatdan 1.6420 manatadək.