Diyarbəkir terrorunun detalları üzə çıxdı

© Sputnik / Sertaç KayarDiyarbakır Bağlar'da panzer tamiri sırasında patlama
Diyarbakır Bağlar'da panzer tamiri sırasında patlama - Sputnik Azərbaycan
Abunə olmaq
DİN: PKK-lılar yeraltı tunelə bomba qoyublar

BAKI, 12 apr — Sputnik. Dünən Türkiyənin Diyarbəkir şəhərində, polis bölməsi yaxınlığında baş verən partlayışın terror olduğu üzə çıxıb. Sputnik Türkiyə xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

"Partlayışın terror aktı olduğu üzə çıxıb. PKK-lılar yerin altındakı tunelə bomba qoyublar" — nazir deyib.

Xatırladaq ki, Diyarbəkirdə dünən baş verən partlayış zamanı 3 nəfər həyatını itirib.

Xəbər lenti
0