CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın 117 yaşlı sakini: sapı iynənin gözündən keçirir

© Sputnik / Ramil IbrahimovZeynəb nənə
Zeynəb nənə - Sputnik Azərbaycan
Abunə olmaq
Zeynəb nənə bu günə kimi bir dəfə də səhhətindən şikayətçi olmayıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 12 apr — Sputnik. Oğuz rayonu uzunömürlülər diyarı kimi tanınır. Hazırda Oğuzda yaşı 100-ü ötmüş 5 nəfər yaşayır. Onlardan biri də 117 yaşlı Kərimova Zeynəb Əhməd qızıdır.

Zeynəb nənə həm də Azərbaycanın ən uzunömürlü sakinlərindən biri hesab olunur. 1900-cü ildə Oğuzun Qarabulaq kəndində anadan olmuş Z. Kərimova, hazırda rayonun Astraxanovka kəndində yaşayır.

© Sputnik / Ilham Ahmadov117 yaşlı Zeynəb Kərimova
117 yaşlı Zeynəb Kərimova  - Sputnik Azərbaycan
117 yaşlı Zeynəb Kərimova

Zeynəb nənənin 11 övladından üçü sağdır. Onun 7 nəvəsi, 7 nəticəsi və 5 kötükcəsi var. Yaşının çox olmasına baxmayaraq, Zeynəb nənə hazırda özünü gümrah hiss edir, ev işlərini özü sərbəst görə bilir, gözləri yaxşı görür, hətta tikiş tikmək üçün iynəni belə, özü saplayır.

Bütün insanlar onun uzunömürlülüyünün sirrini öyrənməyə çalışırlar. Onunsa cavabı çox sadədir: "Bizim gücümüz bu dağlardadır".

Zeynəb nənə 117 yaşı olmasına baxmayaraq, bu günə kimi səhhətindən heç bir şikayəti olmadığını deyir. Hətta, bütün rayon üzrə əhalinin dispanserizasiyası ilə əlaqədar Zeynəb nənə həkim müayinəsindən keçirilib və səhhətində heç bir problem qeydə alınmayıb.

Zeynəb nənə hər söhbətində indinin insanlarının cox dəyişdiyini, heç bir mehribançılığın qalmadığını və indiki insanların sağlamlıq baxımından cox aciz olduqlarını bildirir…

Xəbər lenti
0