Qazanc dedikdə isə ilk növbədə aylıq gəlir nəzərdə tutulur.
Azərbaycanda, eləcə də dünyada, son illər ərzində yaxşı gəlir gətirən peşələrdə müəyyən dəyişikliklər baş verib. Məsələn, bir vaxtlar heç mövcud olmayan İT mütəxəssis hazırda yaxşı qazanc gətirən peşələrdən sayılır.
Azərbaycanda hansı sənətin sahibləri və yaxud hansı işlə məşğul olanlar daha çox aylıq gəlirə sahib olurlar?
Sputnik Azərbaycan aylıq maaşlar üzrə xüsusi infoqrafika hazırlayıb. İnfoqrafika hazırlanarkən Dövlət Statistika Komitəsinin məlumatlarından və aparılmış sorğunun nəticələrindən istifadə edilib.