CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həkimlər əməliyyata girərkən niyə mavi və ya yaşıl önlük geyinir?

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidƏməliyyat, arxiv şəkli
Əməliyyat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat zamanı göz illüziyası, yəni gözün yayınması çox böyük təhlükələrə yol aça bilər

BAKI, 12 apr — Sputnik. Əgər diqqət etmisinizsə, əməliyyata girən həkimlərin geydikləri xalat və önlüklərin rəngi hər zaman yaşıl və ya mavi rəngdə olur. Bəs nə üçün ancaq bu rənglər?

Sputnik Azərbaycan "Sözcü"yə istinadən bunun səbəbini təqdim edir.

Əməliyyat əsnasında həkimlər davamlı olaraq qan görür. Üstəlik, eyni nöqtəyə uzun müddət gözlərini çəkmədən baxmağa məcbur qalırlar. Bu iki vəziyyət həkimlərin göz illüziyası ilə qarşılaşma ehtimalını gücləndirir. Əməliyyat zamanı göz illüziyası, yəni gözün yayınması çox böyük təhlükələrə yol aça və xəstənin həyatını itirməsinə səbəb ola bilər.  

Gözlər eyni nöqtəyə uzun müddət baxsa, istər-istəməz sağa-sola, yuxarı-aşağı tərəfə axa bilir. Qırmızı rəngli qana qarşı bunun önünü alan yeganə rəng isə yaşıl və ya mavi rənglərdir. Bu rənglər qırmızı rənglə əks təsir yarada bilir və nəticədə gözün diqqəti saatlara bir nöqtəyə baxsa belə, heç yerə yayınmır. Məhz bu səbəbdən dünyanın hər yerində həkimlər, əməliyyata girərkən mavi və ya yaşıl rəngli önlük geyinirlər.

Xəbər lenti
0