BAKI, 11 apr — Sputnik. Azərbaycanda sosial mənzilin ipoteka ilə alınması üçün aylıq ödəniş 300 manatdan çox olmayacaq.
Trend-in məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin dirtektoru Samir Nuriyev deyib.
Onun sözlərinə görə, bu qiymət üçotaqlı mənzil üçün aylıq ödəniş olacaq.
S.Nuriyev əlavə edib ki, birotaqlı mənzillər üçün aylıq ödəniş 130-150 manat təşkil edəcək. Mənzil İnşaatı Dövlət Agentliyinin dirtektoru bildirib ki, Bakının Yasamal rayonunda sosial mənzillərin tikintisində 20-dən çox özəl şirkət iştirak edəcək.
O qeyd edib ki, layihə 2500-dən çox adamı işlə təmin edəcək.
“Hazırda doqquzmərtəbəli binanın üçüncü mərtəbəsinin və məktəbin ikinci mərtəbəsinin tikintisi davam etdirilir. Bunlara paralel olaraq 15 binanın tikintisi başlayıb. Bu ay biz daha yeddi binanın tikintisinə başlamağı planlaşdırırıq” — Niriyev bildirib.
O əlavə edib ki, artıq kanalizasiya, su xətləri və elektrik xətlərinin çəkilişi icra olunur.