Bu kadrlar sizi şoka salacaq

© Flickr / Anthony GoodmanCənubi Amerikada yerləşən Amazon meşəliyi
Cənubi Amerikada yerləşən Amazon meşəliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qəbilənin əhalisinin sayı çox deyil – sadəcə 4 min nəfər. Çünki quaranilər ayrı yaşayırlar və dünya ilə heç bir əlaqə saxlamırlar

BAKI, 11 apr – Sputnik. Buna inanmaq çətindir, amma faktdır ki, bizim zəmanəmizdə də qəbilələr var və onlar demək olar ki, daş dövründə olduğu kimi yaşayırlar. Məsələn, Ekvador ərazisindəki cəngəlliklərdə yaşayan quarani qəbiləsi kimi. Sputnik Azərbaycan-ın xarici mediaya istinadla oxucularına quaranilər haqqında ətraflı məlumatı təqdim edir. 

Bu qəbilənin əhalisinin sayı çox deyil – sadəcə 4 min nəfər. Çünki quaranilər ayrı yaşayırlar və dünya ilə heç bir əlaqə saxlamırlar. Onların zahiri görkəmi də bizimkindən fərqlənir. 

© Photo : Pit OksfordQuarani qəbiləsi
Quarani qəbiləsi - Sputnik Azərbaycan
Quarani qəbiləsi

Bu tayfanın nümayəndələri çox zaman ağaca dırmaşmaq məcburiyyətindədirlər. Ona görə də onların ayaqlarının altı tamamilə düzdür, ayaq barmaqları müxtəlif istiqamətlərə əyilib. Bu onlara budaqlara sarılmaq və ağacın gövdəsinə dırmaşmağa imkan verir. Quaranilərin əksəriyyətinin əl və ayaqlarında 6 barmaq mövcuddur. 

Bu cür qəbilələr Amazonkaya tökülən Napo çayı yaxınlığındakı cəngəllikdə yaşayırlar. Bu qəbilələrin birinin dili digərinkinə, eləcə də Ekvadorda geniş yayılmış keçua dilinə bənzəmir. 

Bu qəbilədə cinslərin vəzifələri dəqiq bölünüb. Kişilər ovla məşğuldurlar, qadınlar isə uşaq böyüdür, ev işləri ilə məşğul olur və meyvə toplayırlar. 

© Photo : Pit OksfordQuarani qəbiləsi
Quarani qəbiləsi - Sputnik Azərbaycan
Quarani qəbiləsi

Quaraninin əsas rasionu meymun ətindən ibarətdir. Bu qəbilənin nümayəndələri ağaclara heç də meymundan pis dırmaşmırlar və öz ovlarını pusquya salmaq üçün saatlarla ağacların budaqlarından sallanaraq gözləyə bilirlər. 

Quaranilər ov üçün zəhərli oxları olan uzun borulardan istifadə edirlər. Öz qurbanlarını oxla vurduqdan sonra onu tuturlar və ağacla vurub öldürürlər. 

Quarani hinduları meymundan başqa tukanları (ağacdələnkimilər dəstəsindən olan quş) da yeyirlər. Lakin onlar tutuquşulara toxunmurlar. Onlar da bizim kimi, bu danışan quşları əhliləşdiriblər və onlar ev quşu funksiyasını yerinə yetirirlər. 

© Photo : Pit OksfordQuarani qəbiləsi
Quarani qəbiləsi - Sputnik Azərbaycan
Quarani qəbiləsi

Quaranilər həmçinin vəhşi donuzları (pekari) da ovlayırlar. Belə ovu hər gün əldə etmək mümkün deyil. Bunun üçün bir qədər uzağa getmək lazım gəlir. Əgər kişi ova gedirsə və evə pekari ilə qayıdırsa, bu, ailə üçün böyük hadisəyə çevrilir, çünki onun əti uzun müddətə kifayət edir. 

Baxmayaraq ki, quarani kifayət qədər qapalı qəbilədir, onlar sivilizasiyalı insanların mövcudluğundan xəbərdardırlar. Onlar hətta rəngbərəng lələklərdən boyunbağı düzəldərək turistlərə satırlar. Amma quaranilər onların yad həyat tərzini qəbul etməyə tələsmirlər. 

© Photo : Pit OksfordQuarani qəbiləsi
Quarani qəbiləsi - Sputnik Azərbaycan
Quarani qəbiləsi

Britaniyalı fotoqraf-səyyah Pit Oksford demək olar ki, iki həftə ərzində quaranilərlə birlikdə yaşayıb və onların məişətini ətraflı təsvir edib. 

“Son vaxtlar aborigen mədəniyyətinin və onlarla bağlı bilgilərin toplanmasının kütləvi şəkildə ixtisarı baş verir. İnsanların getdikcə bir-birilərinə daha çox oxşamağa başlayırlar və bu, məni çox narahat edir. Həyatımdakı əsas sevindirici hallardan biri mənə qətiyyən bənzəməyən insanlarla birlikdə vaxt keçirməkdir” – deyən Pit, sözügedən qəbilə ilə maraqlanmasının səbəbini izah edib. 

“Mən yaxşı bilirəm ki, quaranilərin gözünə tamamilə yad görünürəm. Amma onlar məni fövqəladə şadlıqla qarşıladılar və həvəslə özlərində olan hər şeyi mənimlə paylaşdılar” – fotoqraf deyir. 

© Photo : Pit OksfordQuarani qəbiləsi
Quarani qəbiləsi - Sputnik Azərbaycan
Quarani qəbiləsi

Bu fotoşəkillərin qiyməti yoxdur. Çünki müəllif quaraniləri ibtidai vəziyyətlərində şəkillərin yaddaşına köçürməyi bacarıb. Kim bilir, hələ nə qədər vaxt bu qəbilə sivilizasiyanın hücumundan özünü qoruya biləcək. Çünki onların yerləşdiyi məkan neft yataqlarının olduğu ərazidədir…

Dünyanın belə rəngarəng olması sadəcə heyrətamizdir. Bu unikal şəkilləri dostlarınızla da paylaşın. Qoy onlar da quarani qəbiləsinin həyatına heç olmasa bu şəkillər vasitəsilə toxuna bilsinlər.

Xəbər lenti
0