Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Amerika qeyri-ciddi qərarlar qəbul edir”

© Sputnik / Irade JELILMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Mübariz Əhmədoğlunun sözlərinə görə, yaxın vaxtlarda polemika başlayacaq ki, Trampı seçməklə Amerika xalqı dünyanı cəzalandırdı, yoxsa özünü

Mübariz Əhmədoğlu: “Trampın hakimiyyətə gəlməsi Azərbaycanda özünü daha az göstərdi”
Trampın gəlişi ilə Azərbaycan üçün kardinal olaraq heç nə dəyişməyib, dünya isə daha təhlükəli və ya daha təhlükəsiz bir məkana çevrilməyib.

Politoloq Mübariz Əhmədoğlu ABŞ-ın yeni prezidentinin fəaliyyətinin Azərbaycana təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən bu fikirləri işlədib. Mübariz Əhmədoğlunun sözlərinə görə, yaxın vaxtlarda polemika başlayacaq ki, Trampı seçməklə Amerika xalqı dünyanı cəzalandırdı, yoxsa özünü: “Bu vaxta qədər qeyri-ciddi işlərlə kiçik dövlətlər məşğul olurdu. Suriyaya raket atmaqla aydın oldu ki, Amerika da qeyri-ciddi qərarlar qəbul edə bilər. Hətta Makkeynin sözündən belə anlaşılır ki, İdlibdəki kimyəvi silahlarla hücumu Tramp təşkil edib”.

“Dünyada proseslər qeyri-ciddi, proqnozlaşmayan istiqamətdə dəyişib. Yəqin ki, impiçment məsələsini Konqres və onun ətrafındakı qüvvələr aktuallaşdıracaqlar. Azərbaycanda isə heç nə dəyişməyib. Düşünürəm ki, ABŞ-ın əvvəl hakimiyyətə gələn prezidentlərinə nisbətən Trampın hakimiyyətə gəlməsi Azərbaycanda özünü daha az göstərdi” — deyə ekspert bildirib.  

Sputnik.Rəy-in keçirdiyi sorğunun nəticələrinə əsasən, fransızların (64%) və almanların (72%) yarıdan çoxu hesab edir ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra dünya daha təhlükəli məkana çevrilib. 

Xəbər lenti
0