Fikrət Sadıxov: “Bizim əsas üstünlüklərimiz, prioritet və pinsiplərimizdir”
“Təəssüflər olsun ki, beynəlxalq aləmdə vəziyyət daha da gərginləşərək, yeni mərhələyə qədəm qoyur”. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
Politoloq Fikrət Sadıxov deyir ki, həqiqətəndə beynəlxalq münasibətlər sistemində gərginlik artır: “Aydındır ki, söhbət Rusiya ilə Amerika və Qərbin arasındakı gərgin münasibətlərdən gedir. Balanslı, çoxvektorlu xarici siyasətimiz gərginləşən münasibətlər fonunda bizi sığortalayır”.
“Bunu da anlayırıq ki, biz tam mənada sığortalana bilmərik. Çünki belə bir ağır vəziyyət Azərbaycanın da maraqlarına toxunmaya bilməz. Amma hər halda bu diplomatiyanın incə addımlarından asılıdır. Mənə elə gəlir ki, biz bu vəziyyətdən çıxa bilərik. Çünki bizim əsas üstünlüklərimiz, prioritet və pinsiplərimiz bunu deməyə əsas verir” – deyə o bildirib.