Polis konvoyuna hücum edib silahı ələ keçirdi və özünü vurdu

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку. Архивное фото
Карета скорой помощи в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanlarının qənaətinə görə, intiharçı bir ay əvvəl Xolmili kənd tibb məntəqəsinin müdirinin öldürülməsində iştirak edib

BAKI, 11 apr — Sputnik. Lənkəran rayon Polis İdarəsi tərəfindən saxlanılan şübhəli şəxs onu aparan polis konvoyuna hücum edib və onların silahını alaraq özünü öldürüb. Bu barədə Sputnik Azərbaycan-a Lənkəran rayon prokurorluğundan məlumat verilib.

Xolmili kəndinin sakini, 1977-ci il təvəllüdlü Hüseynov Fail Xudaverdi oğlu Xolmili kənd tibb məntəqəsinin müdiri, 1967-ci il təvəllüdlü Səfərov Vahab Xalıq oğlunu öldürməkdə günahlandırılıb.

Həkimə hücum martın 17-dən 18-nə keçən gecə baş verib. Səfərovun başına küt alətlə zərbə endirilib. O, aldığı travmadan martın 26-da Bakı xəstəxanalarının birində vəfat edib.

Məlum olub ki, cinayət baş verən gün Səfərov evdə tək olmayıb. Evdə onun həyat yoldaşı da olub. Amma qadın deyib ki, o, hadisənin necə baş verdiyini görməyib. Qadın istintaqa bildirib ki, hadisə baş verən zaman televizorda türk serialına baxırmış və cinayətkarın, yaxud da cinayətkarların evə necə daxil olmasından, cinayəti necə törətmələrindən xəbəri olmayıb.

Bununla belə, aydınlaşdırılıb ki, Hüseynov cinayətin əsas iştirakçısı olub. Məhz o, həkimin başına küt alətlə vuraraq öldürüb. Hüseynov qrupun tərkibində olub. Hüquq-mühafizə orqanları qruplaşmanın digər üzvlərini müəyyən ediblər. Amma hələlik onların adları açıqlanmır. Saxlanılan şəxsin isə cinayəti hələlik sübuta yetirilməyib.

Məlumdur ki, cinayətkarlar həkimin evinə tamah məqsədilə daxil olublar. İddiaya görə, onlar mənzildən xeyli şey oğurlayıblar. Həkimin arvadı deyib ki, onların evində nə qədər pulun olmasından xəbəri olmayıb. Səfərov uzun illər ambulatoriyanın müdiri vəzifəsində çalışıb.  

Hüseynov əvvəllər həbsdə olmayıb. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0