CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədəki dilənçi uşaqların sayı məlum oldu

© Sputnik / Irade JELILDilənçilik edən küçə uşaqları
Dilənçilik edən küçə uşaqları - Sputnik Azərbaycan
Abunə olmaq
Qeydiyyatda olan uşaqlardan 48 nəfəri spirtli içki və baş dumanlandırıcı maddələr qəbul edənlərdir

BAKI, 11 apr — Sputnik. Azərbaycanda yetkinlik yaşına çatmayanların işləri üzrə müfəttişliklərdə 2017-ci ilin əvvəlinə 3000 uşaq qeydiyyata alınıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 620-sı qız, 2380 nəfəri isə oğlandır. 

Qeydiyyatda olanlardan 48 nəfəri spirtli içki və baş dumanlandırıcı maddələr qəbul edənlərdir. Uşaqlar arasında psixotrop və narkotik maddələr qəbul edənlər isə 2 nəfərdir. Onlardan 59 nəfər valideyin himayəsindən məhrum olanlardır. Atılmış və imtina edilmişlər 31 nəfər, dilənçilik edənlər 512 nəfər, küçələrdə işləyənlər isə 26 nəfər təşkil edir.

Xəbər lenti
0