CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal bölgəsində fövqəladə hadisə: bu rayonlarla əlaqə kəsildi

© Sputnik / Leyla AbdullayevaQubada qar
Qubada qar - Sputnik Azərbaycan
Abunə olmaq
Axşamdan başlayan güclü qar Quba və Qusarda həyatı iflic edib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 apr — Sputnik. Dünən axşamdan etibarən Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Quba və Qusarın bir neçə dağ kəndinə güclü qar yağmağa başlayıb. Sputnik Azəraycan-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonunun Xınalıq kəndi, Qusarın Şahdağı ağ örpəyə bürünüb.

© Sputnik / Leyla AbdullayevaŞimal böləgsinə yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb
Şimal böləgsinə yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb - Sputnik Azərbaycan
Şimal böləgsinə yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb

Kənd sakinlərinin sözlərinə görə, qarın yağması ilə əlaqədar olaraq, rayon ərazisində temperatur əhəmiyyətli dərəcədə aşağı düşüb. Sakinlər, güclü qar səbəbindən kəndlərə verilən elektrik enerjisinin tez-tez kəsildiyini bildiriblər.

© Sputnik / Leyla AbdullayevaQuba və Qusar rayonlarına 30 santimetrə qədər hündürlüyündə qar yağıb
Quba və Qusar rayonlarına 30 santimetrə qədər hündürlüyündə qar yağıb - Sputnik Azərbaycan
Quba və Qusar rayonlarına 30 santimetrə qədər hündürlüyündə qar yağıb

"İşıqlarımız tez-tez sönür. Hava çox soyuyub. Kənd təsərrüfatına ziyan dəyib. İnternet bağlantısı kəsilib. Ətraf bölgələrlə əlaqə saxlaya bilmirik" — deyə sakinlər vurğulayıblar.

Əldə etdiyimiz məlumata görə, bölgəyə o qədər qar yağıb ki, kəndlərdən rayon mərkəzinə aparan yollar bağlanıb, rayonun özünə belə, gediş-gəlişdə problem yaranıb. Hazırda sözügedən ərazilərdə qarın qalınlığı 10-30 santimetrdir. Həmçinin, güclü külək əsir.

Xəbər lenti
0