BAKI, 10 apr — Sputnik. Dünya televiziya məkanında bir nömrəli intellektual yarışma proqramı sayılan "Milyonçu" layihəsinin Türkiyədə yayımlanan "Kim milyonçu olmaq istəyir" verilişində sürpriz anlar yaşanıb. Proqramın aparıcısı Murad Yıldırım, sualın cavabını tapmaqda çətinlik çəkən iştirakçıya doğru cavabı özü deyib.
Ezgi Ulubayrak adlı iştirakçı 3-cü sualda çətinlik çəkib. Ona verilən sual isə belə olub: "Tamaşaçıdan kömək variantında suala cavab üçün neçə saniyə vaxt verilir?"
10, 15, 20 və 30 variantları arasında qalan iştirakçı, tamaşaçıdan kömək hüququndan istifadə etmək istəyib. Bundan sonra salondaki auditoriyaya səslənən aparıcı Murad Yıldırım, tamaşaçıların suala cavab verməsi üçün 10 saniyə vaxtları olduğunu deyib. Bu da, avtomatik olaraq doğru cavabın aparıcı tərəfindən dilə gətirilməsi deməkdir.
Sputnik Azərbaycan "Timeturk"ə istinadən həmin anların videosunu təqdim edir: