BAKI, 10 apr — Sputnik. Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib. Sputnik Azərbaycan fins.az-a istinadən xəbər verir ki hazırda dolların ən sərfəli alış məzənnəsi 1.6520 AZN, ən sərfəli satış məzənnəsi isə 1.6500 AZN-dir.
Belə ki, dünən axşam saatlarında "NBC Bank" dolları 1.6500 manata alıb 1.6900 manata satırdı. Bu gün saat 10-da bu göstəricilər müvafiq olar 1.6400 və 1.6800 manata bərabərdir.
Bundan başqa "Yapı Kredi Bank Azərbaycan" da məzənnəyə dəyişiklik edib: dolların alışını 1.6320 manatadan 1.6400 manata, satışını 1.6920-dən 1.6950 manatadək yüksəldib.
"Günay bank", həmçinin dolların satış qiymətini ucuzlaşdırıb: 1.6750 manatdan 1.6680 manatadək.