"Azərbaycan bizim üçün mühüm əhəmiyyətə malikdir"

Abunə olmaq
Doris Loyhard: "Şərq və Qərb insanları arasında əlaqələrin möhkəmləndirilməsində ölkənizin vacib rolunu alqışlayıram"

BAKI, 10 apr — Sputnik. İsveçrə Konfederasiyasının Prezidenti Doris Loyhard Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
İlham Əliyev Beynəlxalq Dostluq Mükafatına layiq görülüb

"Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi bu il yanvarın 21-də qeyd olundu. Bu münasibətlə mən Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumu çərçivəsində Sizinlə fikir mübadiləmizi çox yüksək qiymətləndirirəm.

Ötən iyirmi beş il ərzində Azərbaycanın demokratiya və iqtisadi inkişaf sahəsində göstərdiyi böyük səylərdən xəbərdaram. İdarəetmənin yaxşılaşdırılması, özəl sektorun təşviqi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın iqtisadiyyatına çoxsaylı İsveçrə şirkətləri də daxil olmaqla, qlobal marağı artırmışdır. Bizim çoxşaxəli tərəfdaşlığımız özünü Bretton Vuds institutları çərçivəsində də büruzə verir. Azərbaycan bizim buradakı seçki qrupunda mühüm və yüksək qiymətləndirilən rola malikdir.

Mən, həmçinin Şərq və Qərb insanları arasında əlaqələrin möhkəmləndirilməsində ölkənizin vacib rolunu alqışlayıram və may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Sizə bu təşəbbüsünüzdə uğurlar arzulayıram.

Sizə və Azərbaycan xalqına dostcasına yeni uğurlar diləyir, xoş arzularımı çatdırıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti
0