BAKI, 9 apr — Sputnik. Bu gün səhər Misirin Tanta və İsgəndəriyyə şəhərlərində iki kilsədə partlayış törədilib. İlkin məlumata görə, partlayışları terrorçu-kamikadzelər həyata keçirib.
APA-nın "Al Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzelər tərəfindən törədilən partlayışlar nəticəsində 44 nəfər ölüb, 100-dən çox yaralı var. Belə ki, Tanta şəhərində kilsədə törədilən partlayışda 31 nəfərin, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 13 nəfərin öldüyü bildirilir.