100 il sonra Günəşi görə bildilər

© Photo : International Business TimesNorveçin Rjukan qəsəbəsi
Norveçin Rjukan qəsəbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qəsəbənin sakinləri ilin 6 ay ərzində Günəşin üzünü görə bilmirdilər

BAKI, 9 apr — Sputnik. Norveçin Rjukan qəsəbəsində yaşayan insanlar, dağın təpəsinə yerləşdirdikləri nəhəng güzgülər sayəsində, iki yüz il sonra şəhər mərkəzində qış günəşindən faydalana biliblər.

Sputnik Azərbaycan Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, dərin bir vadi içində yerləşən bu qəsəbədə altı ay qış fəsli olur. Həmin müddətdə günorta saatlarında belə, ətraf dağlar Günəş şüalarının qarşısını kəsir. Bu dəfə quraşdırılan nəhəng güzgülər sayəsində qəsəbə meydanına Günəş işığının düşməsi sakinlərin hədsiz sevincinə səbəb olub.

© Photo : nationalgeographicNəhəng güzgülərin qiyməti 835 min dollardır
Nəhəng güzgülərin qiyməti 835 min dollardır - Sputnik Azərbaycan
Nəhəng güzgülərin qiyməti 835 min dollardır

Rjukanda güzgülərdən istifadə fikri ilk dəfə 100 il əvvəl təklif edilib. Bu qəsəbənin sakinləri ilin 6 ay ərzində Günəşin üzünü görə bilmirdilər. Qəsəbənin qarşısındakı təpənin ən yüksək nöqtəsinə yerləşdirilən nəhəng güzgülərin qiyməti 835 min dollardır.

Xəbər lenti
0