BAKI, 8 apr — Sputnik. ABŞ donanmasının Suriyadakı aeroportu bombalaması ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, Suriyanın İdlib şəhərində baş verən kimyəvi silah partlayışında 9 aylıq Aya və Əhməd adlı əkiz körpələrini, həyat yoldaşını və çoxlu sayda qohumunu itirən Abdulhəmid əl-Yusifin gözyaşardıcı fotoşəkili ABŞ prezidenti Donald Trampa təqdim olunub. Sputnik Azərbaycan haberler-ə istinadla xəbər verir ki, Tramp bu fotoşəkildən təsirlənib və "Vurun!" əmri verib.
Qeyd edək ki, Suriyada baş verən sözügedən dəhşətli hadisə nəticəsində, ən azı 100 nəfər ölmüş, 200 nəfərdən çox adam da yaralanmışdı.