Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtkin düşmüş neftçilərlə bağlı mühüm xəbər gəldi

© Sputnik / Murad OrucovDənizkənarı Milli Parkda keçirilən neftçilərin anım mərasiminə toplaşan şəxslər bulvarın sahilinə qərənfillər düzürlər
Dənizkənarı Milli Parkda keçirilən neftçilərin anım mərasiminə toplaşan şəxslər bulvarın sahilinə qərənfillər düzürlər - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər itkin düşmüş neftçilərdən daha birinin meyitini tapdılar

BAKI, 8 apr — Sputnik. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir - Sputnik Azərbaycan
Daha bir neftçinin cəsədi tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən axtarış — xilasetmə əməliyyatları nəticəsində aprelin 6-sı aşkar edilən kişi meyitinin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru" vəzifəsində çalışmış 1971 — ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Xatırladaq ki, 15 dekabr 2016-cı il səhər saat 5 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşmüşdü.

Xəbər lenti
0