BAKI, 8 apr — Sputnik. İŞİD terror təşkilatı Türkiyədəki üzvlərinə, aprelin 16-da keçiriləcək referendumda seçki məntəqələrinə hücum çağırışı edib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, İŞİD bu çağırışı, təşkilatın aylıq jurnalı olan "Rumiyah"ın türk dilində olan versiyasında yerləşdirib.
İŞİD-in həftəlik ərəb dilində olan "al-Naba" qəzetində də Türkiyədə seçki məntəqələrinə hücumların təşkil edilməsi çağırışı təkrarlanıb. Qəzetdə "Əlinizdəki ən güclü vasitə nədirsə, onu istifadə və maksimum qarışıqlıq yaradın" ifadələri yer alıb.