BAKI, 8 apr — Sputnik. "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, anoloji işlər bu gün axşam saat 22:00-dan başlayaraq Ziya Bünyadov prospekti — "20 Yanvar" dairəsindən "Koroğlu" metrostansiyası istiqamətinə doğru olan hissəsində aparılacaq.
Qeyd edək ki, rənglənmə işləri səhər saatlarında yekunlaşdırılacaq. Bu üzdən "Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.