BAKI, 8 apr — Sputnik. Sabirabadda 65 yaşlı qadının intiharının bəzi təfərrüatlar məlum olub. Axıska kənd sakinlərinin AzNews.az-a verdikləri məlumata görə, intihar edən Cəmilə Hümmətova uzun zamandır ki, psixoloji xəstəlikdən əziyyət çəkirmiş.
"Yaşlı qadın, özü də ruhi xəstə idi. Cəmilə Hümmətova ailəlidir, iki qızı var. Qızlarından biri ailə qurub. Ailəsində heç bir münaqişə olmayıb" — sakinlər bildiriblər.
Onların sözlərinə görə, qadın səhərə yaxın özünü yaşadığı evdə asıb. Habelə, qadının qardaşlarından birinin Kovlar kəndinin axundu olduğun diqqətə çatdırılıb.
Qeyd edək ki, Sabirabadda intihar hadisəsi baş verib. Axıska kənd sakini, 1952-ci il təvəllüdlü Hümmətova Cəmilə Abdulhüseyn qız özünü yaşadığı evdə asaraq intihar edib.