BAKI, 8 apr — Sputnik. Google-un Varşava bölməsi Redkroft dizayn studiyası ilə birlikdə, özünün hədiyyə bağlamalı şəxsi arağını buraxıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qablaşdırmanın dizaynını yaradan şirkətin saytında xəbər verilib.
"Bu hədiyyənin yaradılma ideyası Google-un Varşavadakı ofisinin kampının yaranma tarixi ilə bağlıdır. Hazırda şirkətin mənzil-qərargahının yerləşdiyi və onilliklər əvvəl inşa olunan bina əvvəllər Koneser araq zavodunun mərkəzi olub. Hazırda bu yer yenilikçi startapların məstedici ruhları ilə doludur" — deyə Redkroft şirkətinin saytı yazıb.
Qeyd olunur ki, arağın bağlaması yüksək keyfiyyətli kartondan hazırlanıb. Üzərindəki ipək qrafikalarını isə brendin rəngləri tamamlayır. Araq məhdud sayda buraxılıb və xüsusi hallar üçün nəzərdə tutulub.
Google 2015-ci ildə Koneser zavodunun binasında İnnovativ Kəşflər Mərkəzi açıb. Bu, Google-un sayca altıncı ofisidir. Onun hədəfi yenilikçi startapların inkişafı, yeni başlayan sahibkarlar üçün iş yerinin açılması və onların görüşlərin keçirilməsi üçün yerlə təchiz edilməsidir.
Onun ilk ofisi 2012-ci ildə Londonda açılıb. Belə ofislərin qalanları isə Madrid, San-Paulu, Seul və Təl-Əvivdədir.