SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Türkiyənin Suriya məsələsində aydın və ardıcıl siyasəti yoxdur"

Abunə olmaq
Politoloq Tofiq Abbasov hesab edir ki, əməliyyatların qızışması Türkiyə üçün çox böyük risk və təhdidlər yaranacaq

Tofiq Abbasov: “ABŞ-ın məqsədi bu ölkəni parçalamaqdır”
Ankara ABŞ-ın Suriyada mümkün hərbi əməliyyatını dəstəkləməyə hazırdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Kanal 7” telekanalının efirində deyib. “Əgər hərəkətə keçiləcəksə, biz də üzərimizə düşən borcu yerinə yetirəcəyik. Biz heç kəsdən çəkinmirik. Koalisiya qüvvələri ilə oturub bölgədəki virusu aşkarlamaq istəyirik. Ondan sonra bərabər hərəkət edərik” — deyə Ərdoğan qeyd edib.

Politoloq Tofiq Abbasov “Sputnik”ə açıqlamasında bildirib ki, biz yenə də Türkiyənin anlaşılmaz münasibətinin şahidi oluruq: “Çünki Suriya meydanı Türkiyəyə bitişik ərazidir və orada müharibə gərginləşib genişlənirsə, demək Türkiyə üçün təhdidlər də artır. Türkiyə Suriya faciəsində artıq neçə dəfə öz prioritetlərini dəyişib və bu, onu göstərir ki, Türkiyənin bu problemlə bağlı yekdil, aydın və ardıcıl xətti yoxdur”.

“Bir neçə gün əvvəl Ağ Ev rəsmən bildirdi ki, Bəşər əl-Əsədin hakimiyyətdən getməsi daha aktual deyil, yəni qala bilər. Bu artıq o deməkdir ki, amerikalılar alternativ planı həyata keçirməyə başlayacaqlar. Məqsəd isə dəyişməyib. O, Suriyanın qanuni hakimiyyətini yıxmaq və ondan sonra ölkəni parçalamaqdan ibarətdir. Çox təəssüf ki, Türkiyə də bu məsələyə dəstək verir” — deyə o bildirib.

Xəbər lenti
0